Rusiya Belarus qoşunlarına nüvə raket təlimi verməyə başlayıb

Rusiya Belarus qoşunlarına nüvə raket təlimi verməyə başlayıb
DÜNYA
13:42 06.04.2023
155
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarus əsgərlərinə nüvə raketləri ilə təchiz edilmiş sistemlərin istifadəsi üzrə təlimlərə başladıqlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sergey Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi və Qərbin hərəkətləri ilə bağlı açıqlamalar verib. 

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyini bildirən Şoyqu, "Artyomovsk, Avdiyivka şəhərlərinin rayonlarında, Limansk və Kupyansk istiqamətlərində münaqişələr sistemli şəkildə inkişaf edir. Biz Ukraynanın hərbi obyektlərinə yüksək dəqiqlikli silahlarla hücumlar həyata keçiririk. Hücumlar nəticəsində bəzi silahların istehsalının və Ukrayna Silahlı Qüvvələrinə sursat və yanacaq verilməsinin qarşısı alınıb” – deyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR