Rusiya: Bir həftə ərzində Ukraynanın 16 yaşayış məntəqəsi nəzarətimizə keçib

Rusiya: Bir həftə ərzində Ukraynanın 16 yaşayış məntəqəsi nəzarətimizə keçib
DÜNYA
16:21 21.11.2025
107
Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərindəki 16 yaşayış məntəqəsini nəzarətə götürdüklərini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirlik Rusiya Silahlı Qüvvələrinin 15-21 noyabr tarixlərində Ukraynadakı hərəkətləri ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Rusiya ordusunun son bir həftə ərzində Ukraynada 16 yaşayış məntəqəsini ələ keçirdikləri açıqlamada qeyd olunub.

Nazirliyin bəyanatında həmçinin bildirilir ki, müharibənin başlanğıcından bəri Ukrayna ordusuna məxsus 668 təyyarə, 283 helikopter, təxminən 97.600 pilotsuz uçuş aparatı, 637 hava hücumundan müdafiə raket sistemi, 26.156 tank və zirehli maşın, 1.618 çoxməqsədli raket buraxıcı qurğu, 31.452 artıq haubitsa və minaatan, eləcə də 47.000-dən çox xüsusi hərbi maşın məhv edilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR