Rusiya bir həftə ərzində Ukraynanın 2331 pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 20-dən 27-dək Ukrayna Silahlı Qüvvələrinə məxsus 2331 kamikadze dronu Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Qeyd olunub ki, Ukraynanın PUA-larının ölkənin regionlarına hücumlarının sayının artmasına cavab olaraq Rusiya Ukraynadakı hərbi bazalara və müdafiə sənayesi zavodlarına zərbələr endirib.
Mayın 26-da Rusiya Silahlı Qüvvələrinin cavab zərbəsi nəticəsində Xmelnitski vilayətində Starokonstantinov aerodromunun infrastruktur obyektləri, Xarkov vilayətində silah-sursat anbarları, Odessa vilayətində S-300PS hava hücumundan müdafiə sisteminin idarəetmə mərkəzi məhv edilib.
///apa