Gecə saatlarında Ukraynaya məxsus 158 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada 158 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu qeyd olunub. Onlardan 67-nin Krasnodar, 29-u Rostov, 11-inin Voronej, 10-unun Kursk, 5-i Belqorod, 2-nin Penza, 1-inin Saratov, 1-nin Orlov, 1-nin Rusiyanın Stavropol əyalətləri üzərində, 1-nin isə Stavropol əyaləti üzərində vurulduğu qeyd edilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya), İHA hücum cəhdlərindən qaynaqlanan təhlükəsizlik səbəbiylə ölkədəki bəzi hava limanlarında uçuşların müvəqqəti olaraq dayandırıldığını və məhdudiyyətin bir müddət sonra aradan qaldırıldığını açıqlayıb.
Oksana