Kremlin sözçüsü Dmitri Peskov Polşanın aqressivliyinin Rusiya Federasiyası və Belarusu narahat etdiyini deyib.
AZXEBER.COM xarici mətbuata istindla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Polşanın təcavüzkar siyasəti Moskva və Minskdə narahatlıq doğurur:
"Polşanın aqressivliyi, həm Belarusa, həm də Rusiya Federasiyasına qarşı düşmən münasibəti təbii ki, diqqətin artmasına səbəbdir”- deyə, Peskov bildirib.
O əlavə edib ki, Polşa qoşunlarının şərq sərhədinə köçürülməsi narahatlıq yaradır.
Şəbnəm