Rusiya bu şəxsləri axtarışa verdi

Rusiya bu şəxsləri axtarışa verdi
DÜNYA
14:40 13.02.2024
135
Rusiya Estoniyanın baş naziri Kaja Kallası və daha iki naziri barəsində axtarış verib.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bundan əlavə, Estoniyanın dövlət naziri Taimar Peterkop və Litvanın mədəniyyət naziri Simonas Kayris də "axtarılanlar siyahısına” salınıb.

Rusiyanın açıqlamasında bu adların Rusiya dövlətinə qarşı düşməncəsinə addımlar atdığı, eyni zamanda ölkələrindəki sovet abidələrini hədəfə aldığı bildirilib.

Qeyd edək ki, Kallas Rusiya hakimiyyətinə qarşı bəyanatları ilə tanınır.
 
Ukraynadakı müharibədən sonra Baltikyanı ölkələrdə çoxlu sovet abidələrinin götürülməsi diqqəti cəlb edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR