Rusiya da "Bayraktar"ı seçdi

Rusiya da "Bayraktar"ı seçdi
DÜNYA
12:37 01.04.2021
942
Türkiyənin dünyaca məşhur "Bayraktar TB2" PUA-ları bundan sonra Rusiyada da istehsal olunacaq.

"Türk Havacılık Haberleri"nin verdiyi məlumata görə, "Bayraktar TB2" pilotsuz uçan aparatının istehsalçısı "Baykar" qrupuna daxil olan "Baykar Defence" şirkəti Rusiyanın Nijni Novqorod şəhərindəki "Novıe bespilotnıe sistemı" (NBS) ASC ilə əməkdaşlıq anlaşması imzalayıb.

NBS şirkəti Rusiyanın müdafiə sistemləri və hərbi texnika sənayesi bazarında hələlik yeni, çox tanınmayan şirkətdir. Lakin bu şirkətin Rusiyanın tanınmış oliqarxlarından birinə məxsus olduğu vurğulanır.

NBS "Bayraktar TB2" PUA-larını Rusiyanın Müdafiə Nazirliyinə hazırda ölkədə işlənən və istehsala hazırlıq prosesində olan, lakin layihələndirməsindən tutmuş, seriya istehsalına qədər olan yolun çox ləng qət edildiyi yerli PUA-lara alternativ qismində təkliv etmək niyyətindədir.

Daha konkret olsaq, Rusiyada istehsal ediləcək "Bayraktar TB2" hazırda Yaroslav şəhərindəki "Luç" Konstruktor Bürosunun layihəsi olan "Korsar" döyüş PUA-sına alternativ sayılır.

Maraqlıdır ki, "Bayraktar TB2" PUA-sının Rusiyada istehsalı ilə bağlı anlaşma 2020-ci ilin yayında, İkinci Qarabağ Müharibəsinin başlamasından əvvəl imzalanıb.

Rusiya Müdafiə Nazirliyinin əsas şərti ölkədə istehsal ediləcək "Bayraktar TB2" PUA-larının əsasən Rusiya və Çin istehsalı olan avadanlıqla təchiz olunmasıdır.

Hazırda "Bayraktar TB2"-də Qərb ölkələrində istehsal olunmuş avadanlıq və qurğulardan geniş istifadə olunur. Qərblə Rusiya arasında münasibətlər həddən ziyadə gərgin olduğundan Moskvaya qarşı istənilən an yeni sanksiyalar tətbiq oluna bilər və bu durum "Bayraktar TB2"lərin Rusiyada istehsalında çox ciddi problemlər yarada bilər.

Məsələn, Rusiyada istehsal ediləcək, şərti adı "Baykar Defence" və ya "Bayraktar TB2-R" olacaq PUA-larda Çinin "Chongqing Yuanqian Electro-Optical Science And Technology Co., Ltd." şirkətinin istehsalı olan elektron-optik stansiyadan, Rusiyanın QLONASS sistemindən yararlanacaq naviqasiya modulundan istifadə olunacaq.

Rusiya istehsalı olacaq "Bayraktar TB2-R"lər kommersiya bazarlarında asanlıqla əldə olunan "Rotax 912" mühərriki ilə təchiz ediləcəklər. Bu PUA-ların yerdən idarə olunma stansiyası isə Belarusun "AQAT-sistemı upravleniya" şirkətinin iştirakı ilə hazırlanır və istehsalda Belarus istehsalı olan detallarla avadanlıqdan istifadə olunur.

"Bayraktar TB2-R"lər və onların idarəetmə stansiyaları Rusiyanın Nijni Novqorod şəhərində NBS-nin sexlərində yıxılacaq. PUA-ların yığılması üçün detalları ilkin mərhələdə "Baykar Defense" verəcək, idarəetmə stansiyasının avtomobilləri isə KamAZ-lar olacaq.

PUA-lar Rusiya istehsalı olan, o cümlədən Kursk şəhərindəki "Aviaavtomatika OKB"də buraxılan döyüş sursatları, raketlər və bombalarla təcşiz ediləcək.

"Bayraktar TB2-R" PUA-sının eksperimental modelinin uçuş sınaqları Türkiyədə keçiriləcək.

Xatırladaq ki, "Baykar Defense" hazırda Ukrayna üçün də "Bayraktar TB2" istehsal edir.
 
///milli.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
Moskvada mobil internet kəsilib
22:24 14.03.2026
Moskvada mobil internet kəsilib