Rusiya dizel yanacağının ixracına qadağa qoydu

Rusiya dizel yanacağının ixracına qadağa qoydu
DÜNYA
21:37 08.07.2026
358
Rusiya hökuməti daxili bazara tədarükü artırmaq üçün dizel yanacağının ixracına qadağa qoyub.

AZXEBER.COM "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Vladimir Putinin hökumətlə keçirdiyi iclasda bildirib.

"Bu gün dizel yanacağının ixracına qadağa qoyduq və bu, daxili bazara tədarükün həcmini artırmağa imkan verəcək. İyulda, həmçinin neft məhsullarının idxalına başlayırıq. Daxili bazarda tələbatı ödəmək üçün daha aşağı ekoloji sinfə aid neft məhsulları hesabına əlavə istehsal həcmlərini artırırıq. Neft məhsullarının və qatqıların idxalına sıfır gömrük rüsumunun tətbiqi müddətini daha bir il uzatdıq", - deyə Novak qeyd edib.

Aprel ayında Rusiya hökuməti benzinin ixracına embarqo tətbiq edib və bu qadağa iyulun sonuna qədər qüvvədədir.
Həmçinin 2026-cı il iyunun 1-dən noyabrın 30-dək Rusiyadan aviasiya kerosininin ixracına müvəqqəti qadağa qoyulub.
OXŞAR XƏBƏRLƏR