Rusiya Donetsk vilayətindəki yaşayış məntəqələrini hədəfə alıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumda 7 nəfərin həyatını itirdiyi, 67 nəfərin yaralandığı açıqlanıb.
Ukrayna Daxili İşlər Nazirliyi hücumun Donetsk vilayətinin Pokrovsk şəhərində baş verdiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, gecələr təkrar bombardmanlar təhlükəsi yüksək olduğundan şəhərdə bütün işlər dayandırılıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti dağıntılar altında heç kimin qalmadığını bildirib.
Mikayıl