Rusiya Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin Vyetnama səfərini təxirə salıb.
Bu barədə Rusiya Dumasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Volodinin 25-26 iyun tarixlərində Vyetnama rəsmi səfər edəcəyi və bu ölkənin Milli Assambleyası (parlament) ilə Rusiya Dövlət Duması arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 2-ci iclasında həmsədr kimi iştirak edəcəyi planlaşdırılmışdı.
Səfərin təxirə salınmasına səbəb kimi Rusiyanın "Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin başçılığı ilə ölkədə hərbi qiyamın başlaması göstərilib.