Rusiya dünyanın ən böyük karqo təyyarəsini vurdu - FOTOLAR

Rusiya dünyanın ən böyük karqo təyyarəsini vurdu - FOTOLAR
DÜNYA
13:23 04.04.2022
963
Rusiya tərəfindən vurulan dünyanın ən böyük yük təyyarəsi olan Antonov An-225-in qalıqları aşkarlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Rusiyanın hücum etdiyi Ukraynada Rusiyanın bombardmanları nəticəsində ağır zədə alması nəticəsində yararsız hala düşən dünyanın ən böyük yük təyyarəsi Antonov An-225-in qalıqları Anadolu Agentliyi tərəfindən görüntülənib.
 
AN-225-in qanadları altında Antonov aviasiya obyektlərində ağır döyüşlər zamanı yandırılmış çoxlu tankların və digər zirehli texnikanın qalıqları var. Çoxlu partlamamış güllə, qumbara və minaların olduğu obyektdə təmizlik işlərini davam etdirən Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi çıxışında Ukraynada ən qaynar münaqişələrin burada olduğunu bildirib.
 
Adının çəkilməsini istəməyən rəsmi bildirib ki, Rusiyanın məqsədi obyekti ələ keçirmək və öz döyüş təyyarələrini paytaxt Kiyevə gətirməkdir ki, onlar daha intensiv hava hücumu təşkil edə bilsinlər.
 
Qeyd edək ki, Ukrayna ordusu təxminən iki gün ərzində Antonov aviasiya obyektlərinə nəzarəti bərpa edib.
 
Ayşən Mirzəyeva
 




OXŞAR XƏBƏRLƏR