Rusiya dünyanı qorxuya salan hücum robotlarını ilk dəfə göstərdi - VİDEO

Rusiya dünyanı qorxuya salan hücum robotlarını ilk dəfə göstərdi - VİDEO
DÜNYA
15:34 15.09.2021
1338
Rusiya dünyaya qorxu salan hücum robotlarını ilk dəfə səhnəyə çıxarıb.
 
Rusiya prezidenti Vladimir Putin Belarusla birgə keçirdiyi təlimdə bütün dünyaya meydan oxuyub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın bu təlimdə "Platform-M" hücum robotlarını ilk dəfə sınaması diqqət çəkib.
 
Sentyabrın 10-da Rusiya və Belarusun "Zapad-2021" birgə hərbi təlimi başlayıb. Rusiya prezidenti Putinin hərbi gücünü bütün dünyaya nümayiş etdirdiyi kimi qiymətləndirilən təlimdə Avropa sərhədinə yaxın bölgələr də daxil olmaqla, Rusiyada 9, Belarusda isə 5 poliqon istifadə edilib.
 
Təlimlərə Rusiya və Belarus ordusundan 200 minə yaxın əsgər və şəxsi heyət də cəlb edilib.
 
Digər tərəfdən Belarus Prezidenti Aleksandr Lukaşenko isə Rusiyadan 1 milyard dollardan silah almağı planlaşdırdıqlarını ifadə edərək, "Bu, NATO qoşunları ilə olan sərhədlərimizi nə dərəcədə ciddiyə aldığımızı göstərir."- deyib.
 
Mikayıl Mirzəzadə
 

OXŞAR XƏBƏRLƏR