Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə davam edərkən, Rusiya dövlət mediasından diqqətçəkən bir açıqlama gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Putinin gizli qiyamət silahı” kimi tanınan silah və sursatların istehsalına başlanıldığı açıqlanıb.
Rusiya dövlət mediasında yer alan xəbərlərdə Putinin böyük məxfilik şəraitində həyata keçirdiyi silah layihəsinin istehsalına başlanıldığı bildirilib. Qeyd olunub ki, "Poseidon” kimi tanınan silah sistemi 2018-ci ildən hazırlanıb.
Rusiyanın "TASS” xəbər agentliyinin Rusiya ordusundan adını açıqlamayan mənbələrə əsaslanaraq verdiyi açıqlamada silahın sınaq atışlarının tamamlandığı və bu raketə nüvə başlığının taxıldığı qeyd edilib.
Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd olunub ki, Rusiyanın hazırladığı "Poseidon” adlı raket nüvə və adi döyüş başlıqlarına uyğundur və saatda 200 kilometr sürətə çata bilir.
Ayşən