Rusiya - Ermənistan münasibətlərində gərginlik pik həddə - Paşinyan Putinin həbsini istəyir - VİDEO

Rusiya - Ermənistan münasibətlərində gərginlik pik həddə - Paşinyan Putinin həbsini istəyir - VİDEO
MANŞET
15:10 07.09.2023
3440
Son günlər Ermənistan - Rusiya münasibətlərində gərginlik pik həddə çatıb.

AZXEBER.COM xəbər verir ki, gərginliyi Nikol Paşinyanın İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsi alovlandırıb. Bu müsahibədə Paşinyan Rusiyanı daha açıq şəkildə tənqid edib. O deyib ki, ola bilər ki, bir gün biz oyanıb görək ki, Rusiya artıq regionda deyil. O, həmçinin Rusiya sülhməramlılarını da tənqid edib və bildirib ki, onlar üçtərəfli bəyannaməyə görə üzərilərinə götürdüyü missiyanı yerinə yetirmirlər. Paşinyan KTMT-ni də tənqid edib. 

Paşinyanın bu ittihamlarına Rusiyanın cavabı gecikməyib. TASS agentliyi Ermənistana xəbərdarlıq yazısı yayımlayıb: "Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqazı tərk etmək fikrində deyil, İrəvan isə Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir. Bu, Qərbin planıdır və İrəvan burada bir alət kimi istifadə olunur”.

Daha sonra Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bəyan etdi ki, Nikol Paşinyan Rusiyaya qarşı "getdikcə həyasız” bəyanatlar verir. Putinin mətbuat katibi Peskov da təsdiqləyib ki, Rusiya Ermənistanı tərk etmək fikrində deyil.

Bundan əlavə Ermənistan hökuməti Roma Əsasnaməsini parlamentə göndərib və bildirib ki, onlar Putinin həbsindən irəli gələn tələbi yerinə yetirməyə borcludurlar. Rusiya Xarici İşlər Nazirliyi də bu razılaşma ilə bağlı erməni tərəfdən aydınlıq tələb etdiklərini bildirib.

Mariya Zaxarova həmçinin bildirib ki, Rusiya Qarabağ ermənilərinə göndərilən humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasının tərəfdarıdır.

İki ölkə münasibətlərini gərginləşdirən daha bir addım isə yenə də Ermənistandan gəlib. Belə ki, sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və ABŞ birgə hərbi təlimlər keçiriləcək.

Rusiya da çox keçmədən bu təlimlərə münasibət bildirib. Rəsmi Kreml bildirib ki, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq”.

Münasibətlərin hansı məcrada davam edəcəyini isə zaman göstərəcək.
 
Daha ətraflı AZXEBER.COM-un videoreportajında:


OXŞAR XƏBƏRLƏR