Rusiya Ermənistandakı 102-ci bazasının artilleriya bölmələrini yeni naviqasiya aparatları ilə təchiz edib.
APA-nın verdiyi məlumata görə, “Briz” adlı kiçik ölçülü naviqasiya avadanlığı artilleriya bölmələrinin atəşlərini idarə etmək üçün nəzərdə tutulur. Onun köməyi ilə hərbçilər hədəfin topoqrafiya koordinatlarını müəyyən edə, atəş üçün hesablamaları apara, hədəfdən yayınan atəşlara düzəlişlər etməyə imkan verir.
”Briz” -30 dərəcədən +55 dərəcəyə qədər temperaturlarda, eləcə də rütubətli şəraitdə istifadə oluna bilir. Artıq hərbi bazanın artilleriyaçıları yeni sistemlərin tətbiqi ilə təlimlərə başlayıblar.