“Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”

“Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır”
Siyasət
17:51 01.10.2020
965

Rusiya Ermənistanın tərəfində Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır, bu təhlükəlidir və ölkə nüfuzunun itirilməsi təhlükəsi var.

Bu sözləri hərbi ekspert, istefada olan general-polkovnik Leonid İvaşov deyib. 

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi L.İvaşov oktyabrın 1-də "İnterfaks”a bildirib ki, Rusiyanın bu müharibəyə cəlb olunması təhlükəlidir və lazım da deyil:

 

"Biz Ermənistanın tərəfində bu müharibəyə qoşulmaqla yalnız nüfuzumuzu itirmiş və təcavüzkar kateqoriyasına düşmüş olarıq. Ermənistan Rusiyanın olduqca dəyişkən müttəfiqidir. Ona arxa çevirərək NATO-nun növbəsində durmaq üçün bir həftə lazımdır. Biz ən yaxşısı öz təhlükəsizliyimiz barədə düşünək, bu müharibəyə qoşulmayaq”.

L.İvaşov vurğulayıb ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Rusiyanın Ermənistandakı hərbi bazası neytrallığını qorumalıdır. Ekspert bəyan edib ki, Ermənistan yeddi rayonu Azərbaycana verməyə razı olarsa, Dağlıq Qarabağdakı münaqişəni dayandırmaq mümkündür, Rusiya və Türkiyə təhlükəsizliyin qarantları kimi çıxış edə bilərdilər:

"Rusiya və Türkiyə tərəflərin təhlükəsizliyinə öz bölmələrini yeritmədən silahlı qüvvələri ilə və siyasi cəhətdən təminat verməlidirlər. Ermənistan və Azərbaycanın təmkinlik göstərməyə başlamaları üçün təkid etmək lazımdır. Atəşi dayandırmağa başlamaqdan ötrü ilkin şərt Azərbaycanın işğal olunmuş yeddi rayonunun azad edilməsinə Ermənistanın razılıq verməsi ola bilər. O zaman Azərbaycan bütün döyüş əməliyyatlarını dayandırar və ağır texnikanı geri çəkər”. 

L.İvaşovun sözlərinə əsasən, söhbət Ermənistanın 1990-cı illərdə işğal etdiyi Dağlıq Qarabağın yeddi rayonundan gedir:

"Bu, heç kəsin yaşamadığı boş zonadır. Orada heç nə - nə elektrik enerjisi, nə də su var, hər şey dağıdılıb. Danışıqlar masası arxasına otursunlar – rayonların verilmə ardıcıllığı barədə razılığa gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi qaçqınların ora necə qayıdacağını həll edəcək. Ardınca tərəflər danışıqlar masası arxasına otururlar və Qarabağın statusuna dair məsələni həll edirlər. Əsas odur ki, müharibə olmasın”.

"Mən vaxtilə bu danışıqlar prosesində iştirak etmişəm. Axı ötən 30 il ərzində nəyisə həll etmək olardı. Heç olmasa ildə bir dəfə bir-birinə doğru addım atsaydılar, artıq nəticə olardı”, - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
15:08 25.08.2025
Kapital Bank-dan yeni kredit kampaniyası: 6000 AZN götür, aylıq 190 AZN ödə
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi