Rusiya Ermənistanla bağlı qərarını açıqladı

Rusiya Ermənistanla bağlı qərarını açıqladı
DÜNYA
11:09 19.08.2026
387
Rusiya Ermənistan məhsullarının idxalına tətbiq edilən məhdudiyyətləri yenidən nəzərdən keçirməyə hazırdır. Bunun üçün Moskva İrəvandan sanitar yoxlamaların nəticələri barədə hesabat və Avrasiya İqtisadi İttifaqının (Aİİ) tələblərinə əməl olunması ilə bağlı konkret plan gözləyir.

Bu barədə "Rosselxoznadzor”un nümayəndələri "İzvestiya”ya bildiriblər. Qurumun məlumatına görə, Ermənistan tərəfinin sözügedən materialları təqdim etməsi məhsulların idxalına qoyulan məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi üçün əsas şərtdir.

Moskva və İrəvan arasında Ermənistan məhsullarının Rusiya bazarına tədarükü ilə bağlı yaranmış problem də müzakirə olunub.

Rusiya daha əvvəl Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Bu ilin iyunundan etibarən məhdudiyyətlər karantin nəzarətinə aid müxtəlif məhsullara, o cümlədən balıq, tərəvəz, meyvə və quru meyvələrə qədər genişləndirilib.

Bundan əvvəl Rusiyanın Ermənistandan gətirilən 70 mindən çox şüşə içkinin satışını da blokladığı bildirilib.

"Rosselxoznadzor” Ermənistan tərəfdən aşkar edilmiş sanitar pozuntuların araşdırılmasının nəticələrini və problemlərin aradan qaldırılması üçün görüləcək tədbirlərin konkret planını gözləyir. İrəvanın bu materialları nə vaxt təqdim edəcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə daha əvvəl Rusiya tərəfindən tətbiq olunan məhdudiyyətləri Aİİ ilə bağlı siyasi müzakirələrlə əlaqələndirərək bunu qurumun "sonunun başlanğıcı” kimi qiymətləndirmişdi.

Hazırda Moskvanın mövqeyinə əsasən, Ermənistan tələb olunan hesabatı təqdim etdikdən və Aİİ-nin sanitar, baytarlıq və fitosanitar tələblərinə əməl olunması ilə bağlı konkret plan ortaya qoyduqdan sonra məhdudiyyətlərin yumşaldılması və ya aradan qaldırılması məsələsinə yenidən baxıla bilər.
 
///Modern.az///
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər