Rusiya Çernobıl Atom Elektrik Stansiyasına hücum etdi

Rusiya Çernobıl Atom Elektrik Stansiyasına hücum etdi
DÜNYA
12:06 14.02.2025
521
"Rusiya Çernobıl Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib və stansiyanın dağıdılmış 4-cü reaktorunu qoruyan strukturun zədələnib".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski sosial media hesabında açıqlamada ilkin qiymətləndirmələrə görə zərərin ciddi olduğu, hücumdan sonra strukturun zədələndiyi, lakin yanğının söndürüldüyü və radiasiya səviyyəsində artımın müşahidə edilmədiyi qeyd edilib.

Bəyanatda Rusiyanın nüvə obyektlərini hədəf alan hücumlarının qlobal təhlükəsizliyi təhdid etdiyi bildirilib.

Zelenski sosial şəbəkədə bu barədə açıqlama verib:

"Dünən gecə Rusiyaya məxsus yüksək partlayıcı döyüş başlığına malik hücum təyyarəsi Çernobıl Atom Elektrik Stansiyasının dağıdılmış 4-cü enerji blokunda dünyanı radiasiyadan qoruyan sığınacağa düşüb. Bu sığınacaq Ukrayna tərəfindən Avropa və dünyanın digər ölkələri ilə, Amerika ilə birlikdə tikilib. Çernobıl Atom Elektrik Stansiyasındakı sığınacaq bu dron tərəfindən zədələnib. Yanğın söndürülüb. Hazırda radiasiya səviyyəsi artmayıb və daim nəzarətdə saxlanılır.
İlkin qiymətləndirmələrə görə, sığınacağa ciddi ziyan dəyib. Bu o deməkdir ki, Putin birmənalı olaraq danışıqlara hazırlaşmır - o, dünyanı aldatmağa davam etməyə hazırlaşır. Deməli, həyata dəyər verən hər kəsin birgə təzyiqi olmalıdır - təcavüzkara təzyiq. Rusiya əməllərinə görə cavab verməlidir”.

Qeyd edək ki, 1986-cı ildə Çernobılda baş verən nüvə fəlakətində 31 nəfər həlak olub. Fəlakət birbaşa və ya dolayısı ilə 200 min insanın ölümünə səbəb olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb