Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldı

Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldı
DÜNYA
19:56 23.01.2023
220
Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Estoniyada bundan sonra Rusiyanı səfir yox, müvəqqəti işlər vəkili təmsil edəcək.

"Estoniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib. Estoniya səfiri fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir", - Rusiya XİN-in məlumatında bildirilib.
OXŞAR XƏBƏRLƏR