Rusiya etiraf etdi: "Moskva" raket kreyseri batıb

Rusiya etiraf etdi: "Moskva" raket kreyseri batıb
DÜNYA
00:30 15.04.2022
1203
Rusiyanın Qara dəniz donanmasına məxsus "Moskva” raket kreyseri batıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi kreyserin ekipajının ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə edildiyini xəbər verib.

Ukrayna mənbələri isə gəminin Ukrayna ordusu tərəfindən zərərsizləşdirildiyini iddia edirlər.
OXŞAR XƏBƏRLƏR