Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İlham Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
AZXEBER.COM-un xəbərinə görə, V.Matviyenko bildirib ki, seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə İ.Əliyevin yorulmaz səmərəli fəaliyyətinin nəticəsidir: “Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm”.