Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər

DÜNYA
19:18 21.01.2025
155
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri hazırlanır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri üzərində işləyirik. Ümid edirik ki, bu səfər zamanı 10-cu Rusiya-Ermənistan regionlararası forumunu keçirə biləcəyik", - o qeyd edib.
 
///report

OXŞAR XƏBƏRLƏR