Finlandiyanın Rusiya sərhədində keçid məntəqəsini açacağı tarix məlum olub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Finlandiya Rusiya ilə sərhəddə ən böyük keçid məntəqələrini dekabrın 14-dən açacaq.
Xatırladaq ki, bundan əvvəl Finlandiyanın baş naziri Petteri Orpo bildirmişdi ki, hökumət dekabrın 13-dən gec olmayaraq Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılması ilə bağlı qərar qəbul etməyi planlaşdırır.