Rusiya FTX-dəki mənbə: “Ukraynaya nüvə zərbəsi endirilməsi müzakirə edilib”

Rusiya FTX-dəki mənbə: “Ukraynaya nüvə zərbəsi endirilməsi müzakirə edilib”
DÜNYA
18:48 29.11.2022
209
"Yazda Rusiya qoşunlarının ilk uğursuzluqlarından sonra Rusiya Federasiyasında Ukraynaya nüvə zərbəsinin endirilməsi ehtimalı müzakirə olunub”.

Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindəki (FTX) "Dəyişikliklər küləyi” ləqəbli informator elektron məktublar vasitəsilə məlumat verib.

Təqdim edilən elektron məktublar 17 və 21 mart, həmçinin 12 aprel tarixlərini əhatə edir. Rusiyalı hüquq müdafiəçisi və "Gulagu.net” saytının təsisçisi Vladimir Oseçkin FTX agentindən məktublar alıb.

Martın 4-dən etibarən FTX-dəki mənbə mütəmadi olaraq Oseçkinə mesajlar göndərib və Ukraynaya qarşı müharibə ilə bağlı xidmət daxilində qəzəb və narazılığın olduğu ilə bağlı faktları açıqlayıb. İnformatorun noyabrda göndərdiyi son məktublar Kremlin rəhbəri Vladimir Putinin ən yaxın müttəfiqləri arasında gərginliyin olduğundan xəbər verir.

Məktublar Putinin Rusiyanın "ərazi bütövlüyünü müdafiə etmək” üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan etməsindən bir neçə ay əvvəl göndərilib.

Müharibə başlayandan cəmi bir neçə həftə sonra yazılan 17 mart tarixli elektron məktubda mənbə bildirib ki, Ukraynaya qarşı müharibə "məntiqdən və sağlam düşüncədən kənar olsa da”, onlar ümid edirlər ki, "açıq şəkildə axmaqlıq həyata keçirilməyəcək”. "Axmaqlıq” adı altında isə nüvə silahından istifadə nəzərdə tutulur.

Bir neçə gün sonra isə FTX-dəki mənbə məlumat verib ki, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə Rusiyanın həm rəqiblərinin, həm də neytral ölkələrin gözündə məğlubiyyəti demək olardı.

"Lokal münaqişə üçün belə güclü arqumentin olması hərbi zəifliyi nümayiş etdirəcəkdi ki, bunu hərbi uğurlar belə, ört-basdır edə bilməzdi”, - deyə FTX-dəki mənbə qeyd edib. O həmçinin əlavə edib ki, Putin "Qərbi qorxutmaq” üçün nüvə silahından istifadə ilə hədələyə bilər.

"Putinin Ukraynaya qarşı müharibədə nüvə zərbəsi ona heç nə verməyəcək. Eyni zamanda elə nəticələrə gətirib çıxara bilər ki, bunu nəzərdən keçirməyin belə, mənası yoxdur”, - deyə informatorun 12 aprel tarixli elektron məktubunda vurğulanıb.

O həmçinin bildirib ki, əgər Putin nə vaxtsa nüvə zərbəsi endirmək əmrini verməyə çalışarsa, Kremldəki "instansiya zənciri” onun qarşısını alacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
20:47 15.07.2025
İsrail ordusu Qəzza zolağının şimalında onlarla silahlını öldürüb
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
20:37 15.07.2025
Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib
20:20 15.07.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılıq əldə edə bilməyib