Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina edib

Rusiya Futbol İttifaqı Asiya zonasına keçməkdən imtina edib
İDMAN
18:08 20.12.2023
237
Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsi 2023-cü ilin yekun iclasında Asiya Futbol Konfederasiyasında çıxış etmək varinatını müzakirə edib.

Qurumun üzvləri FIFA-nın zəmanəti olmadan bunu gerçəkləşdirməyin mənasız olduğunu bildiriblər.

Qurum UEFA vasitəsilə beynəlxalq yarışlara qayıtmaq üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə görə UEFA və FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırılıblar.
OXŞAR XƏBƏRLƏR