Rusiya futbolunda koronavirusla bağlı sanitar qaydalar ləğv edildi

Rusiya futbolunda koronavirusla bağlı sanitar qaydalar ləğv edildi
İDMAN
20:32 10.03.2022
300
Futbol üzrə Rusiya liqalarında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv olunub.

Bununla bağlı qərar Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Bürosunun son iclasında qəbul edilib.

Bildirilib ki, yarış iştirakçıları bundan sonra Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor”) norma və tələblərinə ciddi riayət etməlidirlər.

Tibb Komitəsinin rəhbəri Eduard Bezuqlov yaxın gələcəkdə Premyer Liqada məcburi PCR testinin ləğv ediləcəyini də söyləyib.
OXŞAR XƏBƏRLƏR