Rusiya fövqəladə hallar nazirinin həlak olmasının təfərrüatı məlum oldu

Rusiya fövqəladə hallar nazirinin həlak olmasının təfərrüatı məlum oldu
DÜNYA
16:01 08.09.2021
2462
Xəbər verdiyimiz kimi, Rusiyanin fövqəladə hallar naziri Yevgeni Ziniçev Krasnoyarsk vilayətində keçirilən təlimlər zamanı həyatını itirib.

AZXEBER.COM Rusiya mediasıma istinadən xəbər verir ki, 55 yaşlı nazirin ölümünün təfərrüatları məlum olub.

"Nazir operatorla sıldırım qayanın üstündə dayanmışdı. Operator sürüşdü və qayadan suya düşdü. Ətrafda insanlar çox idi, amma heç kəs reaksiya verməyə macal tapmamış nazir operatoru xilas etmək üçün özünü suya atdı. O, suyun altındakı daşa çırpılaraq öldü”, -deyə hadisə şahidi açıqlama verib.

Nazirin xilas etmək istədiyi çəkiliş qrupunun operatoru da həlak olub.
OXŞAR XƏBƏRLƏR