Rusiya gecə Ukraynanın enerji və qaz infrastrukturlarına zərbə endirib

Rusiya gecə Ukraynanın enerji və qaz infrastrukturlarına zərbə endirib
DÜNYA
12:53 12.10.2025
334
Rusiya gecə saatlarında Ukraynanın enerji və qaz nəqli infrastrukturuna hücum həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

 Zərbələr nəticəsində Donetsk, Odessa və Çerniqov vilayətlərindəki enerji obyektlərində ciddi zədələnmələr qeydə alınıb.

Nazirliyin məlumatına görə, hücumlar bir neçə regionda elektrik təchizatında fasilələrə səbəb olub, bərpa işləri isə davam etdirilir.
 
\Musavat.com
OXŞAR XƏBƏRLƏR