Ukrayna mediası Rusiya qüvvələrinin öz əsgərlərinə atəş açması görüntülərini yayıb.
AZXEBER.COM xəbər verir ki, Ukrayna mediası Rusiya qüvvələrinin cəbhə xəttindən geri çəkilən öz əsgərlərinə atəş açdığı iddia edilən bəzi görüntüləri dərc edib.
Telegram kanalında yayımlanan 14 saniyəlik dron görüntülərində geri çəkilən əsgərlərin silahlarını yerə qoyaraq, dəbilqələrini yerə atdıqları anlar yer alıb. Videonu yayımlayan Telegram kanalı hadisənin yeri və vaxtı ilə bağlı məlumatı paylaşmasa da, Ukraynada yerləşən UNİAN xəbər agentliyi videonun doğru olduğunu və görüntülərdəki əsgərlərin "səd qoşunları” olduğunu iddia edib.
İddialara görə, Rusiya ordusu döyüşən əsgərlərin geri çəkilməsinin qarşısını almaq üçün aylardır cəbhə xəttinin arxasına "sədd dəstələri” adlanan hərbi qruplaşmalar yerləşdirir. Bu bölmələrə lazım gələrsə, geri çəkilən əsgərləri gülləbaran etmək tapşırığı verilir. İlk dəfə Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın ötən ilin noyabrında Ukraynada maneə qoşunlarından istifadə etdiyinə dair kəşfiyyat məlumatını ictimaiyyətlə paylaşıb. "Vaqner”in lideri Evgeni Priqojin də keçən ay onların hücumları zamanı "qorxaqları” dayandırmaq üçün təhlükəsizlik güclərindən istifadə etdiklərini təsdiqləmişdi.
Şəbnəm Zahir