London Olimpiadasında tennis üzrə qadınların tək mübarizəsində finalın ilk iştirakçısı məlum olub.
AZXEBER.COM-un məlumatına görə, Uimbldon tennis kortunda baş tutan yarımfinal görüşündə rusiyalı Mariya Şarapova həmvətəni Mariya Kilivenkonu 6-2 və 6-3 hesabları ilə iki setdə məğlub edərək finala vəziqə qazanıb.
Mariya Şarapovanın finaldakı rəqibi belaruslu Viktoriya Azerenka və amerikalı Serena Uilyams matçının qalibi olacaq.