Rusiya Haaqa Məhkəməsinin tələbinə əməl etməyəcəyini açıqladı

Rusiya Haaqa Məhkəməsinin tələbinə əməl etməyəcəyini açıqladı
SİYASƏT
15:14 17.03.2022
397
"Rəsmi Moskva BMT-nin Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacaq”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Beynəlxalq Məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz. Belə halda bu, nəzərə ala bilməyəcəyimiz bir şeydir”, - sözçü izah edib.

Qeyd edək ki, ötən gün BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.
 
///Report
OXŞAR XƏBƏRLƏR