Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının gəmiləri Bakı limanını tərk edib.
AZXEBER.COM Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Qrad Sviyajsk” kiçik raket və "SB-45” xilasetmə yedək gəmiləri Azərbaycanda keçirilən "Dəniz kuboku-2017” adlı beynəlxalq yarışlarda iştirak edib.


