Rusiya hərbi qiyamla üz-üzə - Priqojin və "vaqner"çiləri nə gözləyir? - TƏHLİL

Rusiya hərbi qiyamla üz-üzə - Priqojin və "vaqner"çiləri nə gözləyir? - TƏHLİL
SİYASƏT
15:19 24.06.2023
1108
"Priqojini çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və hakimiyyət üçün problemə çevrilən "Vaqner” qruplaşması darmadağın ediləcək". 
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Rusiyada baş verən prosesləri şərh edərkən bildirib.
 

 

Siyasi şərhçi hesab edir ki, Priqojinin və "vaqner"çilərin Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı müqavimət göstərə biləcək gücü yoxdur:
 
"Rusiyada baş verən son hadisələri və "Vaqner” özəl hərbi "şirkəti”nin rəhbəri Qriqori Priqojinin silahlı qiyama cəhd etməsini bir neçə aspektdən şərh etmək olar. Əvvala, qeyd edim ki, baş verənlər nəticəsindən asılı olmayaraq, Rusiyada Ukraynaya hərbi müdaxiləni qatı tərəfdarları olan və Priqojini öz qəhrəmanına çevirən, onu "korrupsiyaya bulaşmış generallara” qarşı çıxış edən əsl "rus kişisi” kimi qəbul edənlərin mövqeyinə, silahlı qüvvələrin və təbii ki, hakimiyyətin avtoritetinə ziyan dəyəcək. Priqojini isə çox güman ki, ən qısa zamanda aradan götürəcəklər və artıq hakimiyyət üçün problemə çevrilən "Vaqner” qruplaşması darmadağın ediləcək. Çünki Priqojinin, ordu bir yana qalsın, Rusiyanın elitar silahlı qruplaşmalarına, hətta FTX-ya qarşı belə müqavimət göstərə biləcək gücü yoxdur. Silahlı qiyamın səbəbləri ilə bağlı, qənaətimə görə, ən azı iki ehtimal irəli sürmək olar:
 
- Priqojin məqsədyönlü şəkildə təxribata çəkilib və onun emosional bir şəxs olduğunu yaxşı bilən texnoloqlar "Vaqner” rəhbərinin başqa seçimi qalmadığı üçün təslim olmayacağını, silahlı qiyama əl atacağını öncədən hesablayıblar. Qiyam isə Rusiya hakimiyyətinə ölkədə hərbi vəziyyət elan etməyə, yaxud hərbi vəziyyət elan edilmədən də məhdudiyyət və qadağaları daha da sərtləşdirməyə imkan yaradacaq.

- Qiyam Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarında Priqojinin günahkar olduğunu, onun təxribat və sabotajlarının hərbi əməliyyatların uğurla davam eydirilməsinə maneə yaradığını irəli sürməyə imkan verəcək və "Vaqner” Ukrayna kampaniyasının "qurbanlıq keçi”si elan olunacaq. Bütün günahlar "Vaqner”çilərin üzərinə qoyulacaq. Bu xüsusda, Kaxovka su anbarının partladılmasında da Priqojinin suçlu bilinməsi mümkündür. Bu sıraya "Azad Rusiya” legionu və "Rus könüllüləri” korpusunun da "Vaqner”çilərdən təşkil edildiyinin elan oluna biləcəyi ehtimalını da əlavə etmək olar. 

Digər tərəfdən, unutmaq lazım deyil ki, qiyamın, yaxın inqilabın imitasiyası real qiyam və inqilabların qarşısının alınması üçün ən sınanmış vasitələrdən biridir.
 
Təbii ki, bütün bunlar, sadəcə ehtimallardır. "Vaqner”çilərin nəzarət götürdükləri iddia edilən Rostov və Voronej şəhərləri ilə bağlı yayılan xəbərlər də kifayət qədər ziddiyyətlidir. 

Qərb və Ukrayna mediası "Vaqner” qruplaşmasının iki şəhəri nəzarətə götürdüyünü və Tula şəhərinə doğru irəlilədiyini iddia edir. Rusiya mənbələri, həmçinin həmin şəhərlərdə yaşayan azərbaycanlılarla yaratdığım əlaqə nəticəsində əldə etdiyim məlumatlar, yalnız hərbi obyektlərin bir hissəsinin nəzarət götürüldüyünü deməyə əsas verir".

Politoloq bildirib ki, "Vaqner”in sıralarına qoşulanların heç də hamısı Priqojinə sadiq şəxslər deyil və onların bir hissəsi vaxtilə Rusiya ordusunda xidmət keçmiş peşəkar hərbçilərdir:
 
"Xatırladım ki, 2022-ci ilin aprel ayın üçün açıqlanan rəqəmlərə görə, "Vaqner”in 8 min döyüşçüsü olub. Ulraynaya hücumdan, xüsusilə də Baxmut uğrunda döyüşlər zamanı "Vaqner”in döyüşçülərinin sayı artırılıb və təxminən 50 min nəfərə çatdırılıb. Amma nəzərə almaq lazımdır ki, Ukraynaya hücumdan sonra "Vaqner”in sıralarına qoşulanların heç də hamısı Priqojinə sadiq şəxslər deyil və onların bir hissəsi vaxtilə Rusiya ordusunda xidmət keçmiş peşəkar zabitlərin  komandanlığı altında döyüşürlər. Bu baxımdan, ən yaxşı halda təxminən 20 min "Vaqner” döyüşçüsünün olduğunu deyə bilərik. Həmçinin nəzərə almaq lazımdır ki, onların heç də hamısı Rusiya ərazisində deyil. "Vaqner”in Krasnodar vilayətinin "İsti açar” şəhərciyinin Molkin xutorunda yerləşən mərkəzi qərargahında, hələ də bir neçə min döyüşçünün qaldığı bildirilir. 

Yəni, "Vaqner”çilərin arasında da qiyama qoşulmayanlar da var. Şübhəsiz Kİ. Informasiya müharibəsi şəraitində dəqiq məlumatlar və statistik göstəricilər əldə etmək çox çətindir. Amma əgər Rusiya silahlı qüvvələrinin, xüsusilə də hərbi hava qüvvələrinin və xalqın dəstəyi olmazsa, Priqojinin uğur qazanacağı inandırıcı görünmür. Priqojin qiyamda 25 min nəfərin iştirak etdiyini bildirsə də, bu rəqəm də reallığı əks etdirmir. Çünki əldə olunan görüntülərdə ayrı-ayrı ərazilərdə postlar quran "Vaqner”çilərin sayı heç 100 nəfərə də çatmır.

"Vaqner”çilərin nəzarətində olan ağır hərbi texnika və artilleriyanın sayı da qiyamın genişmiqyaslı aksiyaya çevrilməsi üçün yetərli deyil. Bununla yanaşı, artıq Rusiya ordusu və təhlükəsizlik qüvvələri ilə yanaşı, digər özəl şirkətlərin də "Vaqner”çilərə qarşı hərəkətə keçdiyi bildirilir. Onların arasında "Axmat”, "Rusiç” və "Redut” özəl hərbi şirkətlərinin təmsilçiləri də var. Əgər hakimiyyət daxilindən ciddi dəstək olmazsa, qiyamın yatıralacağı ehtimalı daha çoxdur. Lakin bu, Rusiyanın Ukraynadakı döyüş mövqelərinə ciddi təsir göstərə və hətta qoşunların 2014-cü ilin mövqelərinə geri çəkilməsi ilə də nəticələnə bilər".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb