Rusiya hərəkətə keçdi: 65 kilometrlik ordu karvanı Kiyevə yaxınlaşır - FOTO

Rusiya hərəkətə keçdi: 65 kilometrlik ordu karvanı Kiyevə yaxınlaşır - FOTO
DÜNYA
11:22 12.03.2022
1414
Bir həftədir Kiyev ətrafında tərpənməz vəziyyətdə qalan 65 kilometrik Rusiya ordu karvanı hərəkətə gəlib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya ordusu Kiyevi mühasirəyə almağa hazırlaşır.

Bu barədə Türkiyənin "Huriyyet” qəzeti məlumat yayıb. ABŞ-ın "Maxar” peyk şirkətinin təqdim etdiyi fotolara görə, günlərlə Hostomel hava limanı yaxınlığında gözləyən karvandakı maşınlar yenidən sahəyə yerləşdirilir.

Qəzet bildirir ki, Rusiya qüvvələri hər iki tərəfdən şəhərə yaxınlaşmağa davam edir.

"İşğalın üçüncü həftəsində rus ordusu paytaxt Kiyevə doğru irəliləməyə başlayıb. Rusiya qüvvələri iki gündür qərbdə İrpin və şərqdə Brovarı vasitəsilə paytaxtı mühasirəyə almağa çalışır. Kiyev yaxınlığındakı 65 km uzunluğundakı nəhəng karvan da yenidən mövqe tutmağa başlayıb”-deyə məlumatda vurğulanır.
 

 


OXŞAR XƏBƏRLƏR