Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib

Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib
DÜNYA
18:49 01.07.2022
366
Rusiya "xoşməramlı addım” adı ilə tərk etdiyi Ukraynanın İlan adası və ətraf sularında müharibənin başlanğıcından bəri 915 milyon dollar dəyərində texnika itirib.

Bu barədə "Forbes Ukraina” nəşri məlumat dərc edib.

Bildirilib ki, işğalçı ordunun ən böyük itkisi Qara Dəniz Donanmasının flaqmanı, ona həsr olunmuş poçt markasının dövriyyəyə buraxılmasının ertəsi gün - aprelin 13-də vurulan və aprelin 14-də batmış 750 milyon dollarlıq raket kreyseri "Moskva” olub.

Bundan əlavə, ümumi dəyəri 100 milyon dollardan çox olan azı səkkiz "Tor”, "Pantsir” və "Strela” tipli zenit sistemi və ümumi dəyəri təxminən 50 milyon ABŞ dolları olan müxtəlif siniflərə aid dörd su nəqliyyat vasitəsi məhv edilib.

Ən mühüm hədəflərdən biri "Vasili Bex” xilasedici yedək gəmisi olub. O, ən yenilərindən biri idi - Həştərxan Gəmiqayırma Zavodu onu 2016-cı ildə istismara verib. Məlumata görə, gəminin göyərtəsində "Tor” zenit-raket kompleksi olub. Gəmi iyunun 17-də Ukraynanın raket zərbəsi sonucunda batıb.

Adanın işğaldan

azad edilməsi əməliyyatı zamanı 3 ədəd "Pantsir S1” zenit-raket-top kompleksi məhv edilib. İyunun 27-də onlardan sonuncusu məhv edildikdən sonra "Cənub” əməliyyat komandanlığı məlumat verib ki, hərbi əməliyyat kifayət qədər uzun müddətə və adanın işğalçılardan mütləq azad edilməsinə hesablanıb, lakin həmin həftə ada azad edildi.

İlan adası və ətraf sularda məhv edilmiş avadanlıqların ümumi dəyəri 915 milyon dollara çatır. Hesablamaya yalnız məlum və təsdiqlənmiş itkilər nəzərə daxildir.

İlan adası 17 hektar əraziyə malikdir və Odessa vilayətinin Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilmiş yeganə ərazisi idi. Onların adadan qaçmasından sonra bölgə yenidən tamamilə Ukraynanın nəzarəti altındadır.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi
23:37 14.08.2025
"Fənərbaxça" Aktürkoğlunun transferindən imtina etdi