'Rusiya ilə Azərbaycan prinsipal məsələlərdə razılığa gəlib' - Qabil Hüseynli

SİYASƏT
13:20 14.08.2013
1622

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfəri başa çatıb.

AZXEBER.COM-a açıqlama verən politoloq Qabil Hüseynli Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü dəyərləndirib: “Səfər ərəfəsində Azərbaycanla Rusiyanın münasibətləri o qədər də xoş deyildi. Ümumiyyətlə, Putin Rusiya prezidenti olandan bəri Rusiya ilə münasibətlərdə ciddi gərginlik yaşanırdı. Amma son dövrlər Azərbaycan tərəfi bu münasibətləri qaydaya salmaq üçün kifayət qədər cəhdlər etdi. Putinin bu səfərinin gedişatı göstərdi ki, tərəflər əvvəlki inciklikləri unudublar və əksər prinsipial məsələlərdə qarşılıqlı razılaşmaya gəliblər. Bu səbəbdən deyə bilərik ki, səfər uğurlu keçdi.”

Q. Hüseynli görüşün hər iki tərəf üçün uğurlu olduğunu bildirdi: “Putin qarşısına qoyduğu geostrateji məqsədlərə çata bildi. Azərbaycan tərəfinin də diplomatik səyləri bəhrə verdi. Çünki Rusiya həm prezident seçkiləri ərəfəsində, həm də seçkilərdən sonra Azərbaycanda qarışıqlıq yaratmaq niyyətini gizlətmirdi. İndi isə belə görünür ki, Rusiya ilə münasibətlər əvvəlki mehriban qonşuluq münasibətlərinə qayıda bilər. Bu proses tədricən baş verə bilər. Rusiya Azərbaycanla münasibətdə bərabər hüquqlu dövlətlər kimi davranmağa cəhd etdi. Azərbaycan isə ilkin mərhələdə müşahidəçilik statusuna razı ola bilər. Bu, münasibətləri qaydaya salmaq üçün qənaətbəxş yoldur.”

Ceyhun

OXŞAR XƏBƏRLƏR