Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün - VİDEOREPORTAJ

Rusiya ilə sərhəddə qalan soydaşlarımızın gətirildiyi sərhəd-keçid məntəqəsində bir gün - VİDEOREPORTAJ
SOSİAL
14:49 08.07.2020
1524
Koronavirusla əlaqədar sərhədlərin bağlanması, bunun nəticəsində ölkəmizin hüdudlarından kənarda hər birimizin doğmalarının, əzizlərinin, ümumilikdə həmvətənlərimizin qalması, əlbəttə ki, hamımızı düşündürür və qayğılandırır.

Rusiyadan ölkəmizə keçmək istəyən və sərhəddə çətinliklərlə üzləşən soydaşlarımızın videogörüntüləri, onlar haqqında yayılan xəbərlər, demək olar ki,  bütün sosial mediada əsas gündəm mövzusuna çevrilib. 

Baku TV əməkdaşları məsələ ilə yerindəcə tanış olmaq üçün məhz həmin məkana – ölkəmizin Rusiya Federasiyası ilə sərhədinə gediblər.

Rusiya ilə Azərbaycan arasındakı Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsindən ölkəmiz istiqamətində hərəkət edən avtobuslarla Dağıstanın Məhərrəmkənd rayonunun Kullar kəndindəki çadır düşərgələrində yerləşdirilmiş 250 həmvətənimizin növbəlilik əsasında ölkəmizə keçidi təmin edilir.

Vətəndaşlar avtobusdan düşdükdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin olunurlar. Bundan sonra piyada keçid xəttinə yollanırlar. Əgər soydaşlarımızda qızdırma aşkar edilməzsə, növbəti prosedur pasportların qeydiyyata alınması və yüklərin yoxlanması olur.

Vətəndaşlar ölkə ərazisinə tam daxil olduqdan sonra sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilir.

Qeyd edək ki, vətəndaşlar burada bir həftəlik karantində qalırlar. Bir həftə ərzində nazirliyin tibb mərkəzi tərəfindən müayinələrdən keçirilir, həmçinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən test nümunələri götürülür. Əgər testin nəticələri neqativ çıxarsa, vətəndaşlar öz evlərinə yola salınırlar.

Qəbul-çeşidləmə məntəqəsində eyni vaxtda 1200 nəfərin yerləşdirilməsi üçün şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, gigiyenik vasitələrlə təchizatla bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Elə vətəndaşlar da yaradılan şəraitdən, ölkəyə qayıtmalarından olduqca məmnundurlar.

"Biz prezidentimizdən, dövlətimizdən çox razıyıq. Mayın 8-dən orada idik. Bizdən analiz götürdülər. Analizin cavabı neqativ çıxandan sonra bizi çadır düşərgəsində yerləşdirdilər. Burada da analiz təkrarlandı”, – deyə vətəndaşlardan biri öz təşəkkürünü bildirir.

"Çox sağ olsun prezidentimiz. Bizim vətənə qayıtmağımızı təmin etdi. Buraya gətirildik. Qidalanma təminatı da yaxşıdır. Orada çox əziyyət çəkirdik. Sonradan oraya bizim hərbçilərimiz gəldi. Qidalanma problemimiz həllini tapdı. Qeydiyyata düşdük, çadırlara yerləşdirdilər. Çoxdandır orada idim.

Martın 17-də keçmişdim, 25-i geri qayıtmaq istədim, gələ bilmədim. Bu vaxta kimi orada-burada qalırdıq. Çox sağ olsunlar ki, bizi növbəyə aldılar,  bura gətirdilər”, – başqa bir həmvətənimiz qeyd edir.

"Dövlət başçımız sağ olsun ki, bizə belə kömək göstərdi, bizi öz torpağımıza gətirdi. Hər şey yüksək səviyyədədir. Burada özümüzü ev şəraitində hiss edirik. Vətənin o qədər şirinliyi var ki, zəhəri də bal dadır”.

Baku TV olaraq çalışdıq ki, soydaşlarımızla yerindəcə həmsöhbət olub, düşüncələrini birbaşa elə onların özlərindən eşidək.

Arzumuz budur ki, sərhədin o tayında qalan digər həmyerlilərimiz də elə bu vətəndaşlarımız kimi tezliklə sağ-salamat öz ev-eşiklərinə, doğmalarına qovuşsunlar.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi