Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin növbəti mərhələsi olub.
Bu barədə TASS Rusiya danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
"Əsir mübadiləsinin növbəti mərhələsi İstanbul razılaşmaları çərçivəsində baş tutub. Mübadilə bərabər əsasda həyata keçirilib", - mənbə bildirib.
İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və Ukrayna "1 000-ə 1 000" düsturuna əsasən məhbusların mübadiləsi barədə razılığa gəliblər.
/report