Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib

Rusiya ilk dəfə Ukraynada fosfor bombasından istifadə edib
DÜNYA
14:33 15.05.2022
302

Rusiya ordusu ilk dəfə olaraq Ukraynanın Mariupol şəhərindəki "Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.

Bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.

"Mariupol, "Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”, - deyə Andryuşenko bildirib.
OXŞAR XƏBƏRLƏR