Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
DÜNYA
23:51 02.10.2025
185
Rusiya Pekinin son analoji qərarına cavab olaraq Çin Xalq Respublikasının vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" klubunun plenar iclasında deyib.

"Bizim cavabımıza gəlincə, mən bunu Pekində artıq demişəm, biz hər şeyi güzgü effekti ilə edəcəyik", - Rusiya lideri əmin edib.

Xatırladaq ki, Çin sentyabrın 15-dən adi pasportu olan Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edib.
 
/report
OXŞAR XƏBƏRLƏR