Rusiya iqtisadiyyatının ən böyük dayağı olan yüksək neft qiymətləri üzü aşağı gedə bilər və bu, Moskvada ciddi həyəcan yaradıb.ANS PRESS-in məlumatına görə, Liviyada neft terminallarının işə düşməsi ilə neftin barrelinin qiymətinin 80 dollara düşəcəyi güman edilir. Pessimist proqnozlara görə isə “Urals” markalı neftin barrelinin qiyməti 70 dollara düşə bilər.Rusiya büdcəsində isə neftin qiyməti bundan xeyli yüksək götürülüb. Rusiyanın 2014-2016-cı illər üzrə büdcəsində isə ilk başdan 2014-cü il üçün neftin qiyməti barrelə görə 93 dollar, 2015 və 2016-cı illər üçünsə 95 dollar nəzərdə tutulmuşdu. Sonradan bu qiymət barrel üçün 104 dollara qaldırılıb.