Rusiya Kapello ilə müqaviləni yeniləyəcək

İDMAN
10:40 17.10.2013
935
Rusiya Futbol Federasiyası Fabio Kapello ilə müqaviləni yeniləyəcək. 
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Futbol Federasiyası (RFF) milli komandanın baş məşqçisi Fabio Kapello ilə müqavilə yeniləmək üçün danışıqlara başlayıb. Bu barədə RFF-nin prezidenti Nikolay Tolstoy bildirib. Onun sözlərinə görə, italiyalı mütəxəssis 12 ildən sonra milliyə dünya çempionatında iştirak etmək hüququ qazandırıb. Bu uğurlu çıxışa görə də baş məşqçi ilə müqaviləni uzatmaq qərarı verilib.Qeyd edək ki, F.Kapellonun Rusiya millisi ilə 2014-ci ilə qədər müqaviləsi var.
OXŞAR XƏBƏRLƏR