Rusiya kəşfiyyatı: "Qərb Zelenskinin yerinə başqa adam gətirəcək"

Rusiya kəşfiyyatı: "Qərb Zelenskinin yerinə başqa adam gətirəcək"
DÜNYA
10:48 12.12.2023
187
Yaxın Şərqdəki müharibə Ukraynadakı münaqişələrin arxa plana keçməsinə səbəb olarkən, Rusiya kəşfiyyatının rəhbərindən diqqətçəkən bir iddia gəlib.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin Qərb ölkələrinin Ukrayna prezidenti Volodimir Zelenskidən narazı olduğunu iddia edib.

Narışkin bildirib ki, Qərb Zelenskinin yerinə Ukraynaya başqa şəxs gətirmək istəyir və o, Ukrayna liderinin artıq Qərbin maraqlarını təmsil etmədiyinə inanır.

Qərbin Zelenskinin Rusiya ilə müharibədə öz gücünü göstərməkdə həddi aşdığına inandığını qeyd edən rusiyalı rəsmi bəyan edib ki, Rusiya ilə sülh əldə olunarsa, Zelenski danışıqlarda faydalı ola bilməz.
 
Narışkin həmçinin bildirib ki, ABŞ Ukraynadakı müharibənin gedişindən razı deyil və tezliklə Rusiya ilə razılaşmaya açıq ola bilər.
 
Rusiya kəşfiyyatının məlumatına görə, ötən ay Brüsseldə keçirilən NATO xarici işlər nazirlərinin toplantısında Zelenskini əvəz edə biləcək adlar da müzakirə edilib. Bu adlar arasında Baş Qərargah rəisi Valeri Zalujnı, hərbi kəşfiyyatçı Kirill Budanov və Kiyev meri Vitali Kliçko var.

Son zamanlar Qərbdən silah tələblərini artıran Zelenski bu gün Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Ukraynanın bir neçə ay ərzində rus qoşunlarına qarşı əks-hücum əməliyyatında uğursuz çıxışı da Qərbin narahatlığına səbəb olub. Ukrayna mətbuatının yazdığına görə, ölkə daxilində Zelenskiyə qarşı tənqidlər artsa da, sorğular Baş Qərargah rəisi Zalujninin mümkün seçkidə Zelenskiyə qalib gələcəyini göstərir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR