Rusiya Kiyevə aramsız hücumlar etdi, şəhərdə elektrik enerjisi kəsildi

DÜNYA
13:31 26.08.2024
144
Rusiya hərbçilərinin həyata keçirdiyi hücumlar səbəbindən Kiyevin bir çox bölgələrində enerji təchizatında fasilələr yaranıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçkin məlumat verib.
 
Məlumata görə, Rusiyanın paytaxtın bir çox yerlərinə aviazərbələr endirməsi nəticəsində enerji təchizatında fasilələr yaranıb.

Kliçkin bu gün "Telegram"da verdiyi açıqlamada hücumdan sonra Kiyevin bəzi yerlərində elektrik və su təchizatının kəsildiyini bildirib.

Ukraynanın ən böyük özəl enerji istehsalçısı DTEK, hücumlardan sonra fövqəladə elektrik kəsilməsinə başladığını açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR