Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi

Rusiya Kiyevə ballistik raketlərlə hücum etdi
DÜNYA
11:26 11.12.2023
146
Rusiya səhər saatlarında Kiyevə ballistik raketlərlə hücum edib.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiyanın bu gecə "Şahed” model pilotsuz uçuş aparatları (PUA) ilə, səhər saatlarında isə ballistik raketlərlə Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada, ümumilikdə 18 Rusiya PUA-nın təsbit edildiyi, əksəriyyətinin Mikolayiv bölgəsində olmaqla bütün PUA-ların məhv edildiyi bildirilib.
 
Açıqlamada Rusiya ordusunun yerli vaxtla saat 04:00 radələrində Kiyev bölgəsinə 8 ballistik raketlə hücum etdiyi və raketlərin hamısının Ukrayna zenit-raket bölmələri tərəfindən Kiyev yaxınlığında məhv edildiyi bildirilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da administrasiyanın Telegram kanalında paylaşım edərək Kiyevin Darnitsa rayonuna raket hissələrinin düşməsi nəticəsində 4 nəfərin yaralandığını, evlərə ziyan dəydiyini açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR