"Qısa müddətdə rus qoşunlarının Kiyevə hücumu ehtimalı görünmür".
AZXEBER.COM xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin sözcüsü Oleksandr Motuzyanik bildirib: "Ukrayna Silahlı Qüvvələri Kiyev uğrunda döyüşdə qalib gəlib və şəhərdə mövqelərini möhkəmləndirib. Biz Kiyev uğrunda döyüşdə qalib gəldik, bu nəsə deməkdir. Bu günə kimi paytaxtın müdafiə səviyyəsi aşağı salınmayıb. Paytaxt və paytaxta yaxınlaşmalar yaxşı möhkəmləndirilir. Bizim bir neçə müdafiə xəttimiz var, bu gün də müdafiə gücləndirilir".
Motuzyanıkın sözlərinə görə, qısa müddətdə rus qoşunlarının Kiyevə hücumu ehtimalı görünmür.
"Lakin bununla belə, gec-tez Rusiya Federasiyası bu cür təhqiramiz hərəkətləri təkrarlaya bilər”, - deyə sözcü əlavə edib.
Mikayıl