Rusiyanın MOİK, "Zenit", "Dinamo", və "Soçi" klubları UEFA-nın Rusiya komandalarını yarışlardan kənarlaşdırmaq qərarı ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.
Bu barədə MOİK-in mətbuat xidməti bildirib.
Yaxın zamanlarda məhkəmənin məsələyə baxacağı qeyd olunur.
Xatırladaq ki, mayın 2-də UEFA 2022-23-cü illər mövsümü üçün Rusiya klublarının avrokuboklardan, Rusiya milli komandasının isə Millətlər Liqasından kənarlaşdırıldığını elan etmişdi.