Rusiya klubu "Çelsi"nin yetirməsini heyətinə qatdı

Rusiya klubu "Çelsi"nin yetirməsini heyətinə qatdı
İDMAN
17:56 03.07.2021
1333
Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa "Mets"indən Viktorien Anqbanla anlaşıb.

25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kot d İvuardan olan oyunçu İngiltərənin "Çelsi" klubunun yetirməsidir. "Soçi" Konfrans Liqasının I təsnifat mərhələsində "Keşlə" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
OXŞAR XƏBƏRLƏR