"Rusiya mayın 9-na qədər müəyyən qələbələr əldə etməyə çalışır".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələri Kramatorska doğru irəliləməyə və Ukraynanın hava hücumundan müdafiəsini məhv etməyə çalışır.
Məlumata görə, rus ordusu mayın 9-dək Ukraynanın şərqindəki müharibədə mühim uğurlar əldə etmək istəyir, bundan sonrakı qərarlar bundan asılı olacaq.
Bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən yayılan xəbərə görə, Rusiya çox güman ki, 9 May Qələbə Günü qeyd etmələri üçün vaxtında əhəmiyyətli irəliləyiş göstərməyə çalışır. Bu, onların həmin tarixə hazırlıq üçün əməliyyatları nə qədər tez və aqressiv aparmasına təsir göstərə bilər.
Həmçinin bildirilib ki, Rusiya qüvvələri hazırda Donbasda yerləşdikləri ərazilərdən davamlı raket hücumlarından əziyyət çəkən Kramatorska doğru irəliləyirlər.
Ayşən Mirzəyeva