Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub

Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
DÜNYA
22:35 25.05.2025
1069
Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.

AZXEBER.COM APA-ya istnadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.

Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, məhv edilən bütün PUA-lar təyyarə tipli olub.
OXŞAR XƏBƏRLƏR